Sizin reklam burada
Sizin reklam burada

“Bəşirov” mükafatının növbəti qalibləri elan olunub

“Bəşirov” mükafatının növbəti qalibləri elan olunub
“Bəşirov” mükafatının növbəti qalibləri elan olunub
“Bəşirov” mükafatının növbəti qalibləri elan olunub
“Bəşirov” mükafatının növbəti qalibləri elan olunub
2020-ci ildən rayon üzrə ali məktəblərə qəbul imtahanında ən yüksək nəticə göstərərək universitetlərə qəbul olan məzunlara təqdim edilən "Bəşirov" mükafatı növbəti dəfə 2024-ci ildə qalib olan məzunlara təqdim edilib.
Mükafatı məzunlara İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədov və Bəşirovlar ailəsi adından İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin direktoru Qalib Bəşirov təqdim etmişdir.
2024-cü il üzrə I yerə Təzəkənd kənd tam orta məktəbinin məzunu Bədəlova Nərgiz Cəlal qızı (685,1 bal), II yerə Diyallı kənd tam orta məktəbinin məzunu Qaniyev Elgün Elçin oğlu (670,5 bal), III yerə isə Diyallı kənd tam orta məktəbinin məzunu Göyüşov Namaz Veyis oğlu (670,4 bal) layiq görülmüşdür.
"Bəşirov" mükafatı uzun illər İsmayıllı Rayon Təhsil Şöbəsinə rəhbərlik etmiş Bəşirov Fərman Zakir oğlunun xatirəsinə ailəsi tərəfindən 2020-ci ildən təsis olunub və hər tədris ili üzrə İsmayıllı rayonunda ən yüksək nəticə ilə ali məktəblərə qəbul olunan 3 nəfər məzuna təqdim edilir.
Qeyd edək ki, "Bəşirov" mükafatı I yerin qalibinə 500 manat, II yerin qalibinə 300 manat, III yerin qalibinə isə 200 manat təqdim edilir.
Qalib məzunlarımızı təbrik edir, onlara gələcəkdə daha yüksək uğurlar arzulayırıq.
#MÜTDA #EduAz #DağlıqŞirvanRTİ #BəşirovMükafatı

  • Sosial şəbəkədə paylaş