Şagirdlərimiz Beynəlxalq Yaşıl SAF 2024 festivalında uğurla iştirak ediblər
-----
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin LEGOTECH komandası "Ecocoding" kateqoriyası üzrə, STEAM STARS komandası isə "Vex Robotics" kateqoriyası üzrə III yerə, həmçinin Şamaxı Avropa liseyinin ZƏFƏR komandası "Vex İq" kateqoriyası üzrə VI yerə layiq görülmüşlər.
Şagirdlərimizi və onların müəllimlərini təbrik edir, onlara gələcəkdə daha yüksək uğurlar arzulayırıq.
#MÜTDA #EduAz #DağlıqŞirvanRTİ #SAF2024
