İdarə müdiri vətəndaşları qəbul edib
-----
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən Həmid Qasımov tərəfindən növbəti dəfə vətəndaşlar qəbul edilərək müraciətləri dinlənilmişdir.
Müraciətlərin bəziləri müvafiq qaydalara uyğun olaraq yerindəcə həll edilmiş, digər müraciətlərin həlli istiqamətində isə idarənin struktur bölmələrinə müəyyən tapşırıqlar verilmişdir.
Qeyd edək ki, regional idarə müdirinin qəbul günləri hər həftənin II günləri saat 15:00-dan 17:00-a kimidir.
Vətəndaşlar əvvəlcədən idarənin elan edilən 146-0-10 "Çağrı mərkəzinə" zəng edərək qeydiyyata düşə bilərlər.
#MÜTDA #EduAz #DağlıqŞirvanRTİ #VətəndaşQəbulu