Abşeron-Xızı Regional Təhsil İdarəsinin Sumqayıtın 75 illik yubleyi münasibəti ilə təsdiqlədiyi tədbirlər planına əsasən “Əbədi Sumqayıt” müsabiqəsinin qaliblərinin təltifetmə mərasimi keçirilib.
Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbdə bu münasibət ilə tədbir təşkil edilib.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Teymur Səmədov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları və Sumqayıt şəhəri üzrə təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Tədbir məktəblilərin hazırladığı bədii çıxış nümunələri ilə davam edib.
