Sizin reklam burada
Sizin reklam burada

"Uğur körpüsü" layihəsi uğurla davam edir

Sumqayıt şəhəri üzrə ümumi təhsil müəssisələri ilə Xızı rayonu üzrə ümumi təhsil müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi məqsədilə "Uğur körpüsü layihəsi" çərçivəsində növbəti görüş keçirilib.
Layihə çərçivəsində Sumqayıt şəhərinin ümumi təhsil müəssisələrinin qabaqcıl pedaqoji heyətinin təcrübəsinin Xızı rayonu üzrə ümumi təhsil müəssisələrində tətbiqini həyata keçirmək məqsədilə Xızı rayonu ərazisində bir çox təhsil müəssisələrinə səfər edilib. Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziya, Sumqayıt şəhər Texniki və təbiət elmləri liseyi və Sumqayıt şəhər 23 nömrəli tam orta məktəblərin rəhbərləri pedaqoji təcrübə mübadiləsində iştirak ediblər.
Qeyd edək ki, layihənin məqsədi Xızı rayonu üzrə təhsil müəssisələrində tədrisin keyfiyyətinin və şagird nailiyyətlərinin artırılması, buraxılış imtahanları, müxtəlif olimpiada və müsabiqələr üzrə nəticələrin yaxşılaşdırılmasıdır.

  • Sosial şəbəkədə paylaş