ADA Universitetinin nümayəndələri yuxarı sinif şagirdləri ilə görüşlər keçirib
- - - -
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri ilə ADA Universitetinin nümayəndələrinin görüşü keçirilib. Tədbirdə ADA Universitetinin əməkdaşları Elşad Göyüşov, Mahnur Abbasova və Lalə Məmmədova, eləcə də regionun yuxarı sinif şagirdləri iştirak ediblər.
Görüşlər zamanı ADA Universitetinin əməkdaşları universitetin dünya təhsil sistemindəki mövqeyi və əldə etdiyi nailiyyətlər barədə geniş məlumat verib. Eyni zamanda universitetə qəbul qaydaları, mövcud ixtisaslar, tələbələr üçün təqdim olunan digər imkanlarla bağlı şagirdlərə ətraflı məlumat çatdırılıb.
Tədbirlərin sonunda şagirdlərin sualları cavablandırılıb.
#EduAz #ŞəkiZaqatalaRegionalTəhsilİdarəsi #Şagird
