“Zəfər” elm müsabiqəsinin rayon-şəhər mərhələsi keçirilib
- - - -
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə “Zəfər” elm müsabiqəsinin rayon-şəhər mərhələsi keçirilib.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında təşkil olunmuş bu mərhələdə şagirdlərə 2 saat ərzində 20 sualdan ibarət test tapşırığı təqdim edilib. Onlayn formatda keçirilən müsabiqənin rayon-şəhər mərhələsindən uğurla keçən şagirdlər 6 noyabr tarixində Şəki şəhər 11 nömrəli tam orta məktəbdə keçiriləcək zona turunda iştirak etmək hüququ qazanacaqlar.
Qeyd edək ki, müsabiqənin məqsədi Müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı tarixi Zəfəri əbədiləşdirmək və yaradıcı təfəkkürü ilə fərqlənən istedadlı şagirdləri üzə çıxarmaqdan ibarətdir.
#EduAz #ŞəkiZaqatalaRTİ #ZəfərOlimpiadası
