Mingəçevirdə təhsil işçiləri arasında intellektual yarış keçirilib.
- - - - - - - - - - - - -
Oktyabrın 23-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Mingəçevir şəhərinin ümumi təhsil müəssisələrində çalışan təhsil işçiləri arasında, NHN (Nə? Harada? Nə zaman?) formatlı intellektual yarış keçirilib. Yarışda ümumillikdə 22 ümumi təhsil müəssisəsindən 100-dən çox təhsil işçisi iştirak edib. Üç mərhələdən ibarət olan yarışda I yeri 19 nömrəli tam orta məktəbin, ll yeri Dilqəm Nağıyev adına 9 nömrəli tam orta məktəbin, lll yeri isə 18 nömrəli tam orta məktəbin komandaları tutublar.
Qeyd edək ki, Mərkəzi Aran Regional Təhsil idarəsinin tabeliyində olan bütün rayonlarda bu kimi yarışların, müsabiqələrin keçirilməsi nəzərdə tutulub.
#MərkəziAranRTİ #RTİ #Təhsilİşçiləri #İOK #NHN
