Dərs dinləmə komissiyalarının üzvləri ilə görüş keçirilib.
- - - - - - - - - - - - - - - - - - -
24 oktyabr 2024-cü ildə Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən təşkil olunan dərs dinləmə komissiyalarının üzvləri ilə görüş keçirilib. Görüşdə müəyyən olunmuş dərs dinləmə meyarları tədrisin keyfiyyəti sektoru tərəfindən komissiya üzvlərinin nəzərinə çatdırılıb. Daha sonra prosesin təşkili və koordinasiya olunması istiqamətində tapşırıqlar verilib.
Qeyd edək ki, dərs dinləmələrin aparılmasında məqsəd tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin hesabatlılığının artırılması, təlim ehtiyaclarının müəyyən olunması və onlara metodiki dəstək tədbirlərinin görülməsidir. Məlumat üçün bildiririk ki, ümumi təhsil məktəblərində dərs dinləmələr tədris ili ərzində mütəmadi olaraq aparılacaq.
#MərkəziAranRTİ #RTİ #Dərsdinləmələr
