Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 23 oktyabr tarixindən etibarən "Məktəblər üçün PİSA" tədqiqatına start verilib.
Layihənin əsas məqsədi 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə sahələrindəki bilik və bacarıqlarını qiymətləndirmək, eləcə də bu bacarıqları real həyatda tətbiq etmə qabiliyyətlərini müəyyənləşdirməkdir.
Bu tədqiqat ümumi təhsil müəssisələrinə öz nəticələrini digər ölkələrin oxşar müəssisələri ilə müqayisə etmək, tədrisin keyfiyyəti barədə daha ətraflı məlumat əldə etmək və təkmilləşdirmə tədbirləri görmək imkanı verir.
Bildirmək istərdik ki, tədqiqatda Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə 19 ümumi təhsil müəssisəsinin iştirakı nəzərdə tutulur. Qeyd edək ki, imtahan mərhələsi noyabrın 6-dək davam edəcək.
#MərkəziAranRTİ #RTİ #Qiymətləndirmə #PİSA
