Sizin reklam burada
Sizin reklam burada

SAF 2024 Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının nəticələri açıqlanıb

SAF 2024 Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının nəticələri açıqlanıb.
- - - - -
24-25 oktyabr tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində təşkil olunan Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı (SAF) 2024-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdlərindən ibarət olan 1 komanda qızıl, 5 komanda gümüş, 4 komanda bürünc medala layiq görülüb. Bundan başqa komandalarımız müxtəlif nominasiyalar üzrə qalib olub.
Qalib komandaları Sizlərə təqdim edirik:
Qızıl medal – “Engineers of Future” kateqoriyası üzrə Ağdaş şəhər M.Şeyxzadə adına internat tipli THT fənləri təmayüllü Gimnaziyanın "Little Engineers" komandası 1-ci yeri tutaraq qızıl medala layiq görülüb.
Gümüş medal – “VEX IQ” kateqoriyası üzrə Ağdaş şəhər M.Şeyxzadə adına internat tipli THT fənləri təmayüllü Gimnaziyanın "King of Technology" komandası 2-ci yeri tutaraq gümüş medala layiq görülüb. Bundan əlavə "Roboting Skills 2nd place award", "Team Work 2nd place Award" nominasiyası üzrə mükafatlandırıblar.
Gümüş medal – “CubeSat” kateqoriyası üzrə Ağdaş şəhər M.Şeyxzadə adına internat tipli gimnaziyanın "OrionAZ" komandası 2-ci yeri tutaraq gümüş medala layiq görülüb.
Gümüş medal - “VEX V5” kateqoriyası üzrə Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin “Zəfər” komandası 2-ci yeri tutaraq gümüş medala layiq görülüb. Həmçinin “Zəfər” komandası “BEST OF THE BEST” nominasiyası üzrə qalib olublar.
Gümüş medal – “Eco coding” kateqoriyası üzrə Mingəçevir şəhər D.Nağıyev adına 9 nömrəli tam orta məktəbin “Winners” komandası 2-ci yeri tutaraq gümüş medala layiq görülüb.
Gümüş medal – “VEX İQ” kateqoriyası üzrə Mingəçevir şəhər Texniki Humanitar Liseyin “Born to win” komandası 2-ci yeri tutaraq gümüş medala layiq görülüb.
Bürünc medal - "CubeSat” kateqoriyası üzrə Mingəçevir şəhər D.Nağıyev adına 9 nömrəli tam orta məktəbinin “Achi8ors” komandası 3-cü yeri tutaraq bürünc medala layiq görülüb.
Bürünc medal - “VidX” kateqoriyası üzrə Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin “Green world” komandası 3-cü yeri tutaraq bürünc medala layiq görülüb.
Bürünc medal - “VidX” kateqoriyası üzrə Göyçay şəhər Nizami Gəncəvi adına 7 nömrəli tam orta məktəbin “TRASH TRANSFORMERS” komandası 3-cü yeri tutaraq bürünc medala layiq görülüb. “TRASH TRANSFORMERS” komandası həmçinin "Attractive team" nominasiyasi üzrə qalib olublar.
Bürünc medal - “VidX” kateqoriyası üzrə Mingəçevir şəhər M.Hüseynzadə adına 3 nömrəli tam orta məktəbin “Zəfər” komandası 3-cü yeri tutaraq bürünc medala layiq görülüb. “Zəfər” komandası həmçinin "STEAM AWARD" nominasiyası üzrə mükafat alıblar.
Bundan başqa "Metal Ninjas" komandası “Amaze Award” nominasiyası üzrə, "Eco Guardians" komandası “JURY” nominasiyası üzrə, “Zəfər” komandası ”BEST OF THE BEST” nominasiyası üzrə, "Bacarıqlar" komandası “The Best Enginnering Solution Award”, "Aran" komandası "STEAM AWARDS", "SkyRiders" komandası "Design Award" nominasiyası üzrə mükafata layiq görülüblər.
Bütün şagirdlərimizi təbrik edir onlara uğurlar arzulayırıq.
#SAF2024 #STEAMAzərbaycan #STEAM #MərkəziAranRTİ

  • Sosial şəbəkədə paylaş