Mərkəzi Aran Regional Təhsil İdarəsinin təşəbbüsü ilə regionda ağacəkmə aksiyası keçirilib.
- - - - - - - - - - - - -
Oktyabrın 26-da Mərkəzi Aran Regional Təhsil İdarəsinin təşəbbüsü və yerli təhsil sektorlarının təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib. Aksiyada bir sıra ümumi təhsil müəssisələri iştirak edib. Aksiyaya qoşulmuş təhsil işçiləri və şagirdlər məktəblərin həyətyanı sahələrinə müxtəlif növ ağac və gül kolları əkiblər. Ağacəkmə aksiyası çərçivəsində Mərkəzi Aran regionu üzrə ümumillikdə 10000-dək ağac və gül kolu əkilib.
#EduAz #MərkəziAran #RTİ #YaşılDünyaNaminə #Ağacəkmə
