Gəncə şəhər Ş.İ.Xətai adına 13 nömrəli tam orta məktəbin “Eco Girls” komandası “VİDX” kateqoriyası üzrə, Gəncə şəhər 34 nömrəli tam orta məktəb,Gəncə şəhər 5 nömrəli məktəb,Gəncə şəhər 32 nömrəli məktəb və Gəncə şəhər 4 nömrəli məktəb-liseyin şagirdkərindən ibarət “Cyber Squad” komandası “Vex V5” nominasiyası üzrə 3-cü yerə layiq görülüb.
Bununla yanaşı Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin "Orbital Overlords"komandası Cube Sat kateqoriyası üzrə 3-cü yerə, “Dragons” komandası “Eco coding” kateqoriyası üzrə 3-ci yerə,Crew-X komandası FLYTECH kateqoriyası üzrə 2-ci yerə, "Green Lantern" komandası Yaşıl təşəbbüslər kateqoriyası üzrə 2-ci yerə layiq görülüb.
Gəncə şəhər 26 nömrəli məktəb liseyin “Məntiqli oğlanlar” komandası və Daşkəsən rayon İ.Nəsimi adına 1 nömrəli və Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli məktəb-liseyin şagirdlərindən ibarət “Star girls” komandası “Engineers of Future” kateqoriyası üzrə 3-cü yerə layiq görülüb.
Digər komandalarımız isə müxtəlif nominasiyalar üzrə hədiyyələrlə təltif ediliblər.
#ETN #EduAz #YaşılSAF2024
