Vahid formadan istifadə edən məktəb kollektivlərinin sayı artır
------------
Samux rayon Qədili kənd ümumi orta məktəbin kollektivi artıq vahid formadan istifadə edir.
Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərən xüsusi amildir.
Müəllimlər vahid geyim forması ilə tədris prosesində daha peşəkar bir görünüşə sahib olurlar. Bu, həm şagirdlər, həm də valideynlər arasında müəllimlərin ciddiyyətini və nüfuzunu artıraraq, məktəb mühitində intizamın təmin edilməsinə kömək edir.
Həmçinin bu addım bərabərlik prinsipinin əyani nümunəsidir.
Qeyd edək ki, Goranboy rayon Kəhrizli kənd, Quşçular, Eyvazlılar və Goranboy şəhər 2 nömrəli tam orta məktəbin müəllimləri də uzun illərdir ki, vahid formadan istifadə edirlər.
