7 oktyabr 2024-cü ildə Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi müəllimləri və metodistləri üçün psixoloqla görüş təşkil olunub. Görüş regional idarənin inzibati binasında həyata keçirilib.
Qeyd edək ki, görüşün məqsədi tərbiyəçi müəllimlərin imtahana psixoloji cəhətdən hazır olmalarının təmin edilməsi, onların mürəkkəb və qeyri-müəyyən vəziyyətlərin öhdəsindən gəlmələri, stresin aradan qaldırılması və vaxtdan düzgün istifadəni təmin etmələrinə yardımçı olmaqdan ibarətdir.
#MərkəziAranRTİ #MərkəziAranRTİEduA #EDUAZ
#MəktəbəqədərTəhsilMüəssisələri #Görüş #PsixoloqlaGörüş