Sizin reklam burada
Sizin reklam burada

Şagirdlərimiz Beynəlxalq Yaşıl SAF 2024-ün final mərhələsində iştirak etmək hüququ qazanıblar

Şagirdlərimiz Beynəlxalq Yaşıl SAF 2024-ün final mərhələsində iştirak etmək hüququ qazanıblar

Şamaxı Avropa liseyinin "Zəfər Şamaxı" komandası (liseyin riyaziyyat müəllimi İsmayılova Aygün Rusxat qızı, liseyin 6-cı sinif şagirdi İsmayılzadə Ayla Ağacan qızı, 8-ci sinif şagirdi İsmayılzadə Mədinə Ağacan qızı və liseyin 7-ci sinif şagirdi Alməmmədova Fidan Elmir qızı) Beynəlxalq Yaşıl SAF 2024-ün "VEX IQ" kateqoriyası üzrə seçim turunda iştirak edərək, yüksək nəticə ilə final mərhələsində iştirak etmək hüququ qazanmışlar.
Ümumilikdə bu il qeyd edilən kateqoriya üzrə 65 komanda iştirak etmişdir ki, onlardan 26 komanda finalda iştirak etmək hüququ qazanmışdır.
Qeyd edək ki, bu il Beynəlxalq Yaşıl SAF 2024-ün final mərhələsi 24-25 oktyabr 2024-cü il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.
Komandamızın üzvləri olan şagirdlərimizi və onların müəllimini təbrik edirik.
#MÜTDA #EduAz #DağlıqŞirvanRTİ #SAF2024

  • Sosial şəbəkədə paylaş