Sizin reklam burada
Sizin reklam burada

Elm və təhsil naziri Xocalıda məktəb açılışında

Sentyabrın 16-da Xocalı şəhərində inşa edilmiş 1 nömrəli tam orta məktəb istifadəyə verilib.
Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Qarabağ Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən müdir müavini Anar Məcidov, eləcə də məktəb kollektivi və valideynlər iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib. Ardınca ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev hər birimizin qan yaddaşı kimi xatırladığımız Xocalıda uzun illər sonra məktəb açılışının sevindirici bir hadisə olduğunu vurğulayıb. Nazir uzun həsrətdən sonra bizə bu sevinci yaşadan şəhidlərimizi anaraq onlara Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib. İşğaldan azad edilmiş ərazilərdə ilk olaraq inşa edilən müəssisələr sırasında məktəblərin olduğunu bildirən Emin Əmrullayev bu diqqət və qayğıya görə təhsil işçiləri adından ölkə başçısı cənab İlham Əliyevə təşəkkürünü ifadə edib.
Nazir bu gün balaca görünən Xocalı məktəbinin illər sonra ölkənin ən qabaqcıl məktəblərindən biri olacağına inandığını dilə gətirib. Emin Əmrullayev bundan sonra sözügedən məktəbin uğurlarına, xoş sədalarına şahid olacağımızı vurğulayıb.
Digər qonaqlar da, öz növbəsində, məktəb kollektivini təbrik edib və onlara uğurlar arzulayıb.
Daha sonra məktəbdə yaradılmış şəraitlə tanışlıq olub. Bildirilib ki, 132 şagird yerlik Xocalı şəhəri 1 nömrəli tam orta məktəbdə 16 nəfərlik heyət şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olacaq. Şagirdlərdən 8 nəfəri I sinif, 21 nəfəri isə II-XI sinif üzrə təhsil alacaq. 5 nəfər isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ