Sizin reklam burada
Sizin reklam burada

Heydər Əliyev Fondu tərəfindən Şamaxı rayonunda tikilən daha bir məktəb binası istifadəyə verilib

Sentyabrın 16-da Heydər Əliyev Fondu tərəfindən Şamaxı rayonunun Hacıqədirli kənd tam orta məktəbi üçün inşa edilmiş 132 şagird yerlik məktəb binası istifadəyə verilib.
Tədbirdə Heydər Əliyev Fondunun nümayəndəsi Şamil Əzizov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir səlahiyyətini icra edən Həmid Qasımov, təhsil işçiləri, müəllimlər, şagirdlər və kənd sakinləri iştirak etmişdir.
Qeyd edək ki, 132 şagird yerlik ikimərtəbəli məktəb binası 3 korpusdan ibarətdir. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə tam təchiz edilib. Burada 10 sinif otağı, fizika, kimya laboratoriyaları, informatika, hərbi təlim və əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalı, açıq idman meydançası var. Yeni tədris ocağı daimi su, istilik sistemi, eləcə də yanğın xəbərverici və videomüşahidə sistemləri ilə təmin edilib.
#MÜTDA #EduAz #DağlıqŞirvanRTİ #HeydərƏliyevFondu #YeniMəktəbBinası

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ