İsmayıllı şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasında "Əlvida bağça, salam məktəb" adlı tədbir keçirilib.
Tədbirdə İsmayıllı Rayon Təhsil Sektorunun əməkdaşı, bağçanın kollektivi və valideynlər iştirak etmişdir.
Maraqlı və şən əhval ruhiyyədə keçən tədbirdə uşaqlar vətənpərvərlik, bağça və təbiət mövzularında şeirlər söyləyib, səhnəciklər nümayiş etdiriblər.
#EduAz #DağlıqŞirvanRTİ #Tədbir #ƏlvidaBağça
