Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin məzunlarından qızıl nişana layiq görülən 5 nəfər məzuna qızıl nişan və xüsusi nümunəli attestatlar təqdim edilib.
Təqdimetmə mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Yeni Azərbaycan Partiyası İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradov, İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədov, təhsil işçiləri və şagirdlərin valideynləri iştirak etmişdir.
Qeyd edək ki, Regional İdarə üzrə qızıl nişana layiq görülən məzunlar İsmayıllı rayon ümumtəhsil məktəblərində təhsil alıblar.
Məzunlarımızı və onların müəllimlərini təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
#EduAz #DağlıqŞirvanRTİ #Məzun #QızılNişan
