Sizin reklam burada
Sizin reklam burada

“Təhsil işçiləri üçün idarəetmə və peşəkar inkişaf proqramı”nın qiymətləndirmə mərhələsindən uğur qazanan namizədlərlə görüş

- - - - -
İyulun 10-da Mərkəzi Aran Regional Təhsil İdarəsində “Təhsil işçiləri üçün idarəetmə və peşəkar inkişaf proqramı” layihəsinin qiymətləndirmə mərhələsində uğur qazanan təhsilverənlərlə görüş keçirilib.
Görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, müdir müavini Cavad Cavadov, struktur bölmə rəhbərləri və əməkdaşları, adıçəkilən layihənin qiymətləndirilməsi mərhələsində uğur qazanan namizədlər iştirak edib.
Görüşdə çıxış edən təhsil idarəsinin müdiri Elçin Kərimov ilk olaraq layihənin qiymətləndirmə mərhələsindən uğur qazanan namizədləri təbrik edib və daha sonra layihə barədə geniş məlumat bildirib. İdarə müdiri layihənin başlıca məqsədinin potensiallı kadrların aşkar olunması, onların məktəb idarəetməsi üzrə peşəkar inkişaflarının təmin edilməsi, vəzifədə irəli çəkilməsindən ibarət olduğunu vurğulayıb. Daha sonra layihənin növbəti mərhələsi olan seminar mərhələsində müxtəlif qiymələndirmə meyarları əsasında namizədlərin təhsil və əmək qanunvericiliyinə dair bilik-bacarıqlarının qiymətləndiriləcəyini və uğur qazanılan halda digər mərhələdə iştirak etmək hüququ əldə edəcəklərini qeyd edib.
Sonda görüş iştirakçılarının müxtəlif sualları cavablandırılıb, təkliflər dinlənilib.
Qeyd edək ki, iyulun 10-dan etibarən seminarın ilkin mərhələsinə start verilib. Seminar mərhələsinin 1 ay müddətində davam etməsi nəzərdə tutulur.
#EduAz #MÜTDA #MərkəziAranRTİ #MərkəziAranRTİEduAz #ÜmumiTəhsil #İnkişafProqramı

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ