Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə 2024-cü ildə sertifikasiyaya 616 nəfər təhsilverən cəlb olunacaq.
Onlardan 255 nəfər riyaziyyat, 225 nəfər ingilis dili, 67 nəfər rus dili, 25 nəfər fransız dili, 1 nəfər alman dili, 7 nəfər rus dili və ədəbiyyatı, 1 nəfər Azərbaycan dili (rus bölməsi üzrə), 19 nəfər Azərbaycan dili və ədəbiyyat, 16 nəfər isə ibtidai sinif müəllimi fənni üzrə iştirak edəcəklər.
İlk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 21, 22 və 24 iyun tarixlərində, ötən il uğur qazana bilməyən müəllimlərin təkrar sertifikatlaşdırılması isə 8 iyun tarixində keçiriləcəkdir.