İyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Mingəçevir şəhər ümumi təhsil müəssisələrində təhsil alan bir qrup V sinif şagirdi ilə Özbəkistan Respublikası Daşkənd şəhərində yerləşən Əl-Beruniy Beynəlxalq Məktəbinin şagirdləri arasında dostluq görüşü keçirilib.
Microsoft Teams platforması üzərindən keçirilən görüşdə ilk olaraq Azərbaycan və Özbəkistan Respublikalarının Dövlət Himniləri səsləndirilib və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra görüşdə doğma Qarabağın, eləcə də Mingəçevir şəhərinin tanıdılması və vətən oğullarının igidliyindən bəhs edən videoçarxa baxış keçirilib.
Daha sonra Özbəkistan məktəbliləri Azərbaycan haqqında məlumatlarla çıxış edib, məktəblilərimiz isə Özbəkistanın tarixi, Daşkənd şəhəri haqqında fikirlərini həmyaşıdları ilə bölüşüblər.
Sonda şagirdlər qonşu ölkənin məktəblilərini 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, maraqlı keçən görüşün davamlı olmasını qeyd ediblər.
#MÜTDA #EduAz #MərkəziAranRTİEduAz #ÜmumiTəhsil #1İyun #UşaqlarınBeynəlxalqMüdafiəsiGünü #Görüş