İyunun 2-də Gəncə şəhərində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "ECOVELOFEST" festivalı keçirilib.
Keçirilən festivalda Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan 5 nəfər təhsil işçisi də iştirak edib.
Sözügedən festivalda Göyçay rayonu Çərəkə kənd S.Mirzəyev adına 1 nömrəli tam orta məktəbin biologiya müəllimi Rüstəmova Təranə Rasim qızı 100 nəfərdən çox qadın təhsil işçisinin qatıldığı yarışı 5-ci pillədə tamamlayıb.
Qeyd edək ki, "ECOVELOFEST" festivalı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyəti, Azerbaijan Cycling Federation, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Bank Respublika və Bookzone kitab evinin dəstəyi ilə təşkil olunub.
Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi
#EduAz #MÜTDA #MərkəziAranRTİEduAz #ECOVELOFEST #Festival
