Sizin reklam burada
Sizin reklam burada

Ötən ildə təhsilverənlərin sertifikatlaşdırılması prosesindən uğur qazanmayan müəllimlərlə keçirilən görüşlər davam etdirilir

İyunun 3-də Ağdaş rayonu Orta Ləki kənd M.Nəbiyev adına tam orta məktəbində ötən ildə təhsilverənlərin sertifikatlaşdırılması prosesindən uğur qazanmayan müəllimlərlə görüş keçirilib.
Görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadov, Ağdaş rayonu üzrə təhsil sektorunun müdiri səlahiyyətlərini müvəqqəti icra edən Rahim Məmmədov, təhsil sektorunun əməkdaşları və bir qrup müəllim iştirak edib.
Çıxış edən Təhsil İdarəsinin müdir müavini Cavad Cavadov təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təşkil edilməsinin məqsədi barədə danışıb. Müdir müavini müəllimlərin öz səriştələrini artırmaq baxımından bu prosesin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Daha sonra sertifikatlaşdırmanın mərhələləri, məzmunu ilə bağlı məsələlər barədə fikirlərini bölüşərək onlara təkrar sertifikatlaşdırma imtahanında uğurlar arzulayıb.
Sonda görüş iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

  • Sosial şəbəkədə paylaş