İyunun 3-də Zərdab şəhər H.Zərdabi adına 1 nömrəli məktəb-liseydə Zərdab rayon ümumi təhsil müəssisələrində təhsil alan XI sinif şagirdlərinin iştirakı ilə Qarabağ Universitetinə tələbə qəbulu barədə maarifləndirici görüş keçirilib.
Görüş Azərbaycan Respublikasının Dövlət Himnininin səsləndirilməsi və vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Görüşdə tədrisin keyfiyyəti sektorunun müdiri Leyla Bayramova, Zərdab rayonu üzrə təhsil sektorunun müdiri Gülağa İsgəndərov, rayonun ümumi təhsil müəssisələrinin rəhbərləri, XI sinifdə təhsil alan bir qrup şagird və onların valideynləri iştirak edib.
Görüşdə çıxış edən tədrisin keyfiyyəti sektorunun müdiri Leyla Bayramova ilk olaraq Qarabağ Universitetinin fəaliyyət istiqamətləri və ixtisasları barədə danışıb. Leyla Bayramova Qarabağın hər zaman ziyalılar yetişdirdiyini və hazırda görülən işlərin də bu ənənənin davamı olduğunu vurğulayıb.
Görüşdə çıxış edən Zərdab rayonu üzrə təhsil sektorunun müdiri Gülağa İsgəndərov Qarabağ Universitetini seçəcək tələbələr üçün ediləcək güzəştlər və təhsil alanların ala biləcəyi ixtisaslar barədə məlumat bildirib.
Daha sonra Qarabağ Universitetində təhsilalanlar və akedemik heyət üçün fərqli, müasir mühitin formalaşdırılacağı, universitet kampusunda bütün xidmətlərin veriləcəyi diqqətə çatdırılıb.
Daha sonra müəssisə rəhbərlərinin və şagirdlərin çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, Qarabağ Universiteti 2024–2025-ci tədris ilindən fəaliyyətə başlayacaq. Universitetdə ilkin mərhələdə 1000 nəfərə yaxın tələbənin təhsil alması nəzərdə tutulur.
#EduAz #MÜTDA #MərkəziAranRTİ #MərkəziAranRTİEduAz #ÜmumiTəhsil #QarabağUniversiteti #TəhsilQarabağaQayıdır
