Tədris digər dildə aparılan bölmələr üzrə müsahibələrə başlanılıb
- - - - -
Mayın 20-dən Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin tədris rus dilində aparılan bölmələr üzrə uşaqların I sinfə qəbulu üçün müsahibələrə başlanılıb.
Müsahibələr bitdikdən sonra nəticəsi məqbul hesab edilən uşaqlar üçün həmin bölmə üzrə məktəb seçimi imkanı yaradılacaq. Müsahibə nəticəsi məqbul olmayan uşaqlar isə Azərbaycan bölməsi üzrə müraciət edə biləcəklər.
Qeyd edək ki, Dağlıq Şirvan RTİ-də müsahibələr 23 may 2024-ci il tarixinədək davam edəcək.
