Ə"Qərbi Azərbaycana qayıdış" olimpiadasının ikinci mərhələsi keçirilib
-----
25 may 2024-cü il tarixində Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə IX və X sinif şagirdlərinin iştirak etdiyi “Qərbi Azərbaycana qayıdış” olimpiadasının ikinci mərhələsi təşkil olunub.
Şamaxı şəhər 9 nömrəli tam orta məktəbdə keçirilən olimpiadada 33 nəfər şagird iştirak edib.
Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.
Qeyd edək ki, olimpiada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə tərəfdaşlığı ilə həyata keçirilir.
