"Bir kərə yüksələn bayraq" adlı intellektual məktəb çempionatının zona mərhələsi təşkil olunub
-----
Mayın 25-də Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdlərinin iştirakı ilə Məmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş "Bir kərə yüksələn bayraq" adlı intellektual məktəb çempionatının zona mərhələsi keçirilib.
Şamaxı şəhər 3 nömrəli tam orta məktəbdə keçirilən çempionatda hər rayon 1 komanda və 6 nəfər şagird olmaqla təmsil olunub.
Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda Ağsu rayonunun "Alyanz" komandası I yerə layiq görülüb. Qalib komandanın üzvləri medal və kubokla təltif ediliblər.
Qalib şagirdlərimizi təbrik edir, onlara gələcəkdə daha yüksək uğurlar arzulayırıq.
