2023/2024-cü tədris ilinin ümumi orta təhsil səviyyəsi (9 illik) üzrə keçirilən buraxılış imtahanlarında Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şəhər və rayonlar üzrə ən yüksək nəticə göstərən şagirdlərini Sizlərə təqdim edirik.
Qeyd olunan nəticələrə əsasən Mingəçevir şəhər Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin IX sinif şagirdi Xəlilli Aylin Elşən qızı, Göyçay şəhər R.Rza adına 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Şükür Aysel Tale qızı 300 bal, Yevlax şəhər N.Gəncəvi adına 7 nömrəli tam orta məktəbin IX sinif şagirdi Məsimli Arif Vasif oğlu 297 bal, Ağdaş şəhər M.Şeyxzadə adına internat tipli THT fənləri təmayüllü gimnaziyanın IX sinif şagirdi Cəbrayılova Aişə Cəmaləddin qızı 291,2 bal, Zərdab şəhər ümumi orta məktəbin IX sinif şagirdi İsrəfilov Məhəmməd Şahnəzər oğlu 279 bal, Kürdəmir şəhər F.Həşimov adına 3 nömrəli tam orta məktəbin IX sinif şagirdi Həmzəyeva Xatun Cəmaləddin qızı 278 bal və Ucar rayonu Qazıqumlaq kənd 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Əhmədli Nəzakət Valeh qızı 270 bal toplayıb.
Mərkəzi Aran Regional Təhsil İdarəsi ən yüksək nəticə göstərən şagirdlərimizi təbrik edir və onlara uğurlar arzulayır.
