Cari tədris ilində Mərkəzi Aran Regional Təhsil İdarəsinin elan etdiyi ümumi təhsil müəssisələrində vakant olan yardımçı və digər pedaqoji heyət vəzifələrinə keçirilən işə qəbul üzrə mərkəzləşdirilmiş müsabiqə barədə məlumat
Qeyd edək ki, 24 fevral – 17 aprel 2024-cü il tarixlərində Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant elan edilmiş psixoloq, laborant, uşaq birliyi təşkilatı rəhbəri, təsərrüfat müdiri, təsərrüfat işləri üzrə direktor müavini, kitabxanaçı, kitabxana müdiri, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri və katibə-makinaçı vəzifələrinə işə qəbul üzrə müsabiqə təşkil olunub.
