Mayın 23-də Yevlax şəhər İ.Nəsimi adına 3 nömrəli tam orta məktəbdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri üçün PISA 2025 - Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatının sınaq mərhələsi keçirilib.
Yevlax rayon üzrə 1 ümumi təhsil müəssisəsindən 64 nəfər şagirdin iştirak etdiyi imtahanın məqsədi ümumi təhsil müəssisələri üzrə 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik, bacarıqlarını qiymətləndirmək, eyni zamanda onları real həyatda tətbiq etmək qabiliyyətlərini müəyyənləşdirmək məqsədilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən 3 ildən bir keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatının aparılmasından ibarətdir.
Qeyd edək ki, sözügedən tədqiqatın sınaq mərhələsi Təhsil İnstitutunun təşkilatçılığı ilə həyata keçirilir.
