Zərdab şəhər 2 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Qədirli Nəzakət Rəşad qızı 59 kq çəki dərəcəsində taekvondo idman növü üzrə "Məktəblilərin respublika çempionatında" II yerə layiq görülərək gümüş medal qazanıb.
Qeyd edək ki, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən taekvondo üzrə yarışlara ölkənin müxtəlif rayon və şəhərlərindən 20 çəki dərəcəsində 200-dən artıq məktəbli idmançı qatılıb.
Mərkəzi Aran Regional Təhsil İdarəsi #BizimİstedadlıŞagirdimiz ilə fəxr edir, ona fəaliyyətində uğurlar arzulayır!
