Mayın 24-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan IX və X sinif şagirdləri arasında “Qərbi Azərbaycana qayıdış” olimpiadasının regional mərhələsi keçirilib.
Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Təhsil İnstitutu, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə keçirilən olimpiada da Mərkəzi Aran regionu üzrə 69 şagird iştirak edib.
Regional mərhələnin nəticələri əsasında olimpiadanın final mərhələsində iştirak edəcək şagirdlər müəyyən olunacaq.
Olimpiadanın final mərhələsinin iyun ayında Naxçıvan Muxtar Respublikasında keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.
