Sizin reklam burada
Sizin reklam burada

51 məktəbli Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin finalına vəsiqə qazanıb

51 məktəbli Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin finalına vəsiqə qazanıb


51 məktəbli Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin finalına vəsiqə qazanıb
- - - - -
Elm və Təhsil Nazirliyi tərəfindən keçirilmiş Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsilalan 51 nəfər şagird final mərhələsində iştirak ertmək hüququ qazanıb.
Qeyd edək ki, sözügedən müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində təşkil olunur. Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır.
Mərkəzi Aran Regional Təhsil İdarəsi final mərhələsində iştirak edəcək şagirdləri təbrik edir, hər birinə uğurlar arzulayır!
#EduAz #MÜTDA #MərkəziAranRTİ #MərkəziAranRTİEduAz #ÜmumiTəhsil #KenquruBeynəlxalqRiyaziyyatMüsabiqəsi #Müsabiqə

  • Sosial şəbəkədə paylaş