Sizin reklam burada
Sizin reklam burada

Özəl məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş

- - - - -
Aprelin 4-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin əhatə etdiyi şəhər və rayonlarda fəaliyyət göstərən özəl məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
Görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, idarənin struktur bölmə rəhbərləri və əməkdaşları, özəl məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak edib.
İdarə müdiri Elçin Kərimov özəl məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesinin mövcud normativ sənədlərə uyğun idarəolunması, uşaqların bağçalara qəbulu qaydaları, uşaqların qida təchizatı və digər zəruri məsələlər barədə danışıb.
Daha sonra qarşılıqlı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib, müvafiq suallar cavablandırılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ