Sizin reklam burada
Sizin reklam burada

Qrant layihə qalibləri və yeni layihə yazan şəxslərlə təlim xarakterli görüş

- - - - -
Martın 14-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində son 2 il ərzində Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsində qalib olan və sonuncu elan olunan VIII qrant müsabiqəsi çərçivəsində layihə yazan təhsil işçiləri ilə təlim xarakterli görüş keçirilib.
Görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadov, İnzibati təşkilat sektorunun müdiri Elmin Məmmədtağıyev və ümumi təhsil müəssisələrində çalışan təhsil işçiləri iştirak edib.
Təhsil idarəsinin müdir müavini Cavad Cavadov qrant layihələrin yazılması, təhsil prosesinin inkişafı üçün vacib olan məsələlər barədə məlumat verib. Müsabiqənin təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabət və innovativ fəaliyyətin stimullaşdırılmasına xidmət etdiyini qeyd edən müdir müavini növbəti qalib olan layihələrin təhsilin inkişafına yeni töhfələr verəcəyini vurğulayıb.
Daha sonra təlimdə layihə ideyasının tapılması, problemin müəyyən olunması, layihələrdə büdcə planlama, layihə yazılışı və idarəçiliyindən məlumat verilib, verilən suallar cavablandırılıb.

  • Sosial şəbəkədə paylaş