








"Əlaçı” televiziya layihəsinin seçim turu keçirilib
- - - - -
Martın 16-da Yevlax şəhər İ.Nəsimi adına 3 nömrəli tam orta məktəbdə "Əlaçı" televiziya layihəsinin seçim turu keçirilib.
Seçim turunda Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan 178 nəfər X sinif şagirdi iştirak edib.
Qeyd edək ki, müsabiqənin yekununda ən yüksək nəticə göstərən şagirdlər “Əlaçı” televiziya layihəsinin 18-ci mövsüminin çəkilişlərində iştirak etmək hüququ qazanacaq.