Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir
- - - - -
Fevralın 23-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti müsahibə mərhələsi keçirilib.
Mərkəzi Aran RTİ-nin inzibati binasında keçirilən müsahibəyə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, topladığı bala görə müraciət edənlər arasında ən yüksək bal toplamış namizədlər dəvət olunub.
Müsahibə mərhələsində namizədlərin peşə keyfiyyətləri və psixoloji vəziyyəti komissiya tərəfindən yoxlanılır.
Qeyd edək ki, müsahibəni keçməyən və ya qeydiyyatdan keçib lakin müsahibəyə dəvət edilməyən namizədlər 1 (bir) il müddətinə gələcəkdə təşkil ediləcək müsahibələrə yenidən müraciət edə bilərlər.
