Sizin reklam burada
Sizin reklam burada

Təhsil müəssisələrində Xocalı qurbanları yad edilib

- - - - -
Fevralın 26-da Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrində Xocalı soyqırımının otuz ikinci ildönümünə həsr edilən tədbirlər keçirilib.
Tədbirlər Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirlərdə böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib, Xocalı faciəsinin Azərbaycanın ictimai-siyasi fikir tarixində əsas yerlərdən birini tutduğu, onun dünyaya tanıdılması işinin dövlətimizin daim diqqət mərkəzində olduğu bildirilib.
Vətən müharibəsində şanlı qələbənin qazanılması, lokal antiterror əməliyyatları nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə və Əsgəranda üçrəngli bayrağımızın ucaldılması ilə ölkəmizin suverenliyinin bərpasının tam təmin olunmasının qürurverici hiss olduğu, torpaqlarımızın işğaldan azad olunması ilə bütün şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qanlarının yerdə qalmadığı şagirdlərin nəzərinə çatdırılıb.
Həmçinin Xocalı soyqırımına həsr olunan xüsusi dərslər, ədəbi-bədii kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri keçirilib, sənədli və bədii filmlər nümayiş olunub.
Bundan əlavə, təhsil müəssisələrinin müəllim və şagird kollektivi Şəhidlər Xiyabanını ziyarət ediblər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ