Sizin reklam burada
Sizin reklam burada

Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəsmi açıqlaması

Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəsmi açıqlaması


Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəsmi açıqlaması
- - - - -
Ötən günlərdə kütləvi informasiya vasitələrində Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin direktoru Azər Qazıyevin müəllimlərdən dərs saatlarına görə rüşvət alması barədə görüntüləri əks etdirən məlumat yayımlanmışdır.
Bildiririk ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən adıçəkilən məktəbdə araşdırmalar aparılıb və araşdırmanın nəticəsinə əsasən, əmək fəaliyyətində yol verdiyi hüquqpozmaya və kobud nöqsana görə məktəbin direktoru Qazıyev Azər Arif oğlu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmrinə əsasən, işdən azad edilib.
Əlavə olaraq bildiririk ki, Mərkəzi Aran Regional Təhsil İdarəsi təhsil müəssisələrində hüquqpozmaların və buna şərait yaradan halların baş verməsini pisləyir, bunun qarşısının alınması, aradan qaldırılması və gələcəkdə bu kimi halların baş verməməsi ilə bağlı idarə tərəfindən təhsil müəssisələrində monitorinq və yoxlamalara başlanılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ