Sizin reklam burada
Sizin reklam burada

DİM magistratura imtahanında iştirak edəcək bakalavrlara müraciət edib

DİM magistratura imtahanında iştirak edəcək bakalavrlara müraciət edib


Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) 11 fevral 2024-cü il tarixində keçiriləcək.

Bakalavrlar “İmtahana buraxılış vərəqəsi” və “Yaddaş kitabçası”nı çap etmək üçün bu linkə daxil olmalıdırlar.

Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ