Sizin reklam burada
Sizin reklam burada

"Rəqəmsal bacarıqlar" layihəsi tətbiq olunan təhsil müəssisələrinin direktorları ilə görüş

- - - - -
Yanvarın 24-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən və "Rəqəmsal bacarıqlar" layihəsi tətbiq olunan ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirilib.
Microsoft Teams platforması üzərindən keçirilən görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadov, struktur bölmə rəhbərləri və əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak edib.
Görüşdə çıxış edən regional təhsil idarəsinin müdir müavini Cavad Cavadov 2023-2024-cü tədris ilinin birinci yarımili üzrə görülən işlərin hesabatını təqdim edib. Hesabatda sözügedən layihədə iştirak edən ümumi təhsil müəssisələrinin siniflər üzrə şagird dinamikası göstərilib, eyni zamanda növbəti dövr üçün nəzərdə tutulan işlərin müzakirəsi aparılıb.
Layihənin məqsədi şagirdlərin İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında məqsədyönlü fəaliyyətinə nail olunması, müasir səriştə və bacarıqlara malik şəxslər kimi formalaşmasına dəstək göstərməkdir
Qeyd edək ki, "Rəqəmsal bacarıqlar" layihəsi Mərkəzi Aran RTİ-nin əhatə etdiyi 1 şəhər və 6 rayonun 44 ümumi təhsil müəssisəsində tətbiq olunur. Layihəyə ümumilikdə 24810 şagird cəlb olunub. Layihənin uğurlu nəticələri nəzərə alınaraq əhatə dairəsi ildən-ilə daha da genişləndirilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ