Sizin reklam burada
Sizin reklam burada

Yevlax rayon təhsil müəssisələrinin rəhbərləri ilə görüş

- - - - -
Yanvarın 16-da Mərkəzi Aran Regional Təhsil İdarəsində tabeliyində fəaliyyət göstərən Yevlax rayon ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirilib.
Görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, müdir müavini Cavad Cavadov, struktur bölmə rəhbərləri və əməkdaşları, məktəb direktorları iştirak ediblər.
Görüşdə çıxış edən təhsil idarəsinin müdiri Elçin Kərimov qarşıda duran vəzifələrin icrası istiqamətində görüləcək işlərdən danışıb. Daha sonra ümumi təhsil müəssisələrinin düzgün idarəolunması, tədrisin keyfiyyətinin yüksəldilməsi, eləcə də Respublika fənn olimpiadalarının yarımfinal mərhələsində uğur qazanan şagirdlərlə işin düzgün təşkil olunması, cari ildə təşkil olunacaq təhsilverənlərin sertifikatlaşdırılması prosesinə hazırlıq məqsədilə müəllimlərlə maarifləndirici görüşlərin keçirilməsi kimi məsələlər müzakirə olunub, məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ