Sizin reklam burada
Sizin reklam burada

IV sinif şagirdləri üçün monitorinq təşkil olunub

- - - - -
Yanvarın 19-da Mərkəzi Aran Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan IV sinif şagirdlərinə tədris dili və riyaziyyat fənləri üzrə mərkəzləşdirilmiş qaydada test üsulu ilə monitorinq keçirilib.
Keçirilən monitorinq imtahanına hər bir şəhər və rayon üzrə 9407 nəfər şagird cəlb edilib.
Monitorinqdə şagirdlərə təqdim olunan tapşırıqlar tədris dili fənnindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən isə ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal məzmun xətlərini əhatə edib. Təhsilalanlara tədris dili və riyaziyyat fənləri üzrə 60 test tapşırığının cavablandırılması üçün 120 dəqiqə vaxt verilib.
Qeyd edək ki, şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsi monitorinqin əsas məqsədlərindəndir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ