Sizin reklam burada
Sizin reklam burada

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib

- - - - -
Dekabrın 24-də cari tədris ili üzrə Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib.
Respublika fənn olimpiadaları 7 fənn (Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya) üzrə olmaqla 12 mərkəzdə təşkil olunub. Ümumilikdə, Mərkəzi Aran RTİ üzrə 4367 nəfər şagirdin qeydiyyatdan keçdiyi fənn olimpiadalarında IX, X, XI, həmçinin xüsusi istedada və hazırlığa malik VIII sinif şagirdləri iştirak edib.
Rayon (şəhər) mərhələsinin nəticələri www.portal.edu.az platforması və iştirakçıların təhsil aldıqları ümumi təhsil müəssisələri vasitəsilə 09.01.2024-cü il tarixindən etibarən elan olunacaq.
Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.
Qeyd edək ki, Respublikası fənn olimpiadası "Kapital bank"ın sponsorluğu ilə həyata keçirilir.
Olimpiada iştirakçılarına uğurlar arzulayırıq!

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ