

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin müəllim və şagirdlərindən ibarət iki komandası Beynəlxalq STEAM Azərbaycan Festivalı 2023-ün seçim turunda müxtəlif kateqoriyalar üzrə uğur qazanaraq final mərhələsində iştirak etmək hüququ qazanıblar.
1. Şamaxı Avropa liseyinin "Zəfər Şamaxı" komandası-"FLL Challenge (off-season)" kateqoriyası üzrə
2. İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin "RoboTehc" komandası-"VEX İQ Competirion” kateqoriyası üzrə
Qeyd edək ki, Beynəlxalq STEAM Azərbaycan Festivalı 2023-ün final mərhələsi 4-8 dekabr 2023-cü il tarixində keçiriləcək.
Şagirdlərimizi və onların müəllimlərini təbrik edir, onlara final mərhələsində uğurlar arzulayırıq.