Sizin reklam burada
Sizin reklam burada

Ucarda qrant layihənin açılışı olub

Ucarda qrant layihənin açılışı olub
Ucarda qrant layihənin açılışı olub
Ucarda qrant layihənin açılışı olub
Ucarda qrant layihənin açılışı olub
Ucarda qrant layihənin açılışı olub
Ucarda qrant layihənin açılışı olub
Ucarda qrant layihənin açılışı olub


Ucarda qrant layihənin açılışı olub
- - - - -
Oktyabrın 27-də Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində qalib olan Ucar rayonu Alpı kənd tam orta məktəbinin "Məktəbin savadlı maliyyəçiləri" layihəsinin açılış mərasimi keçirilib.
Açılış mərasimində layihənin idarə heyətinin koordinatoru Fəzilə Mahmudova, Ucar rayonunun məktəb direktorları və müəllimlər iştirak edib.
Tədbirin açılışında, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözləri ilə açan layihə qalibi, Alpı kənd tam orta məktəbinin direktoru Səidə Quliyeva qrant müsabiqəsinin, xüsusi ilə bu layihənin əhəmiyyəti və mahiyyəti barədə danışıb.
Layihənin məqsədi ucqar kənd məktəblərinin şagirdlərinin qənaət və israf, pulun tarixi, büdcə anlayışı mövzularında maarifləndirilməsi və onların müasir maliyyə alətlərindən istifadə üzrə biliklərinin artırılması ilə maliyyə savadlılığının inkişaf etdirilməsinə yardımçı olmaqdır.
4 ay müddətində həyata keçiriləcək layihədə 4 kənd məktəbinin 60 şagirdi ilə 2 qrup şəklində, ümumilikdə 5 gün ərzində pul nişanları, qənaət və israf, pulun tarixi və büdcə anlayışları mövzularında 30 saatlıq təlimlər təşkil olunacaq. Həmçinin layihə boyunca müxtəlif müsabiqələrin təşkil olunması da nəzərdə tutulur.
Qeyd edək ki, "Məktəbin savadlı maliyyəçiləri" layihəsi Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalib olub.

  • Sosial şəbəkədə paylaş