Sizin reklam burada
Sizin reklam burada

Kolleclərə qəbul üzrə keçid balları məlum olub

Kolleclərə qəbul üzrə keçid balları məlum olub
Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (doqquz illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrini “Abituriyent” jurnalının xüsusi buraxılışında nəşr edib.

Bu barədə DİM məlumat yayıb.

Jurnalın bu nömrəsində ümumi (doqquz illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin siyahısı, qəbul olduqları ixtisasların kodları, ixtisaslar üzrə formalaşmış keçid balları və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz. Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ