Xalq artisti Röya Ayxan yeni fotosessiyasında yer alan daha bir neçə şəklini yayımlayaraq diqqət mərkəzinə düşüb.
Oxu.Az xəbər verir ki, açıq-saçıq fotoları ilə gündəmi alt-üst edən sənətçi alt-geyimdə kamera önünə keçib.
Üzərinə "oversize" pencək geyinən və ayaqlarını bir-birinin üzərinə aşıran Röya görünüşünü dəri, burnuaçıq hündür dabanlı ayaqqabı ilə tamamlayıb.
Xalq artistinin qalmaqallı imici üzərində dünya şöhrətli stilist və vizajist Anar Ağakişiyev çalışıb.